Putinə sui-qəsd hazırladığı ehtimal edilı terrorçu həbs edilib

0
565

Serbiyanın Novi-Pazar şəhərində 21 yaşlı vahhabi Armin Alibaşiç həbs edilib.

Mediainfo.az-ın nevvs.rambler.ru-ya istinadən verdiyi xəbərə görə, həbs edilən şəxsdə Rusiyada qadağan edilmiş İŞİD terror təşkilatının atributları, həmçinin silah və partladıcı maddə elementləri aşkar edilib. Yerli xüsusi xidmət orqanları belə hesab edirlər ki, o bunlardan istifadə edərək Putinin Serbiyaya səfəri zamanı ona  qarşı sui-qəsd həyata keçirə bilərdi.

Amma hələlik Alibaşiçin özündə olan silah-sursatla Putinə qarşı terror əməliyyatı hazırladığı barədə əldə ciddi fakt yoxdur və bütün bunlar ehtilmallardan o yana keçmir.