“Poroşenko kompromisə hazırdır” – Nazarbayev

0
354

Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Ukrayna prezidenti Pyotr Poroşenkonun kompromisə hazır olduğunu bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, N. Nazarbayev Ukrayna prezidentinin ona zəng etdiyini və Donbasa xüsusi statusun verilməsi ilə bağlı qanunun qəbuluna Ukrayna parlamentində çoxluğa sahib olmamasının mane olduğunu bildirib.
“Digər məsələləri həll etmək lazımdır. Mən də hesab edirəm ki, o, kompromislərin tapılmasına meyllidir, lakin nəyəsə görə onlar tapılmır. Bütün bu məsələlər təbii ki, Rusiyaya əlavə yükdür, ancaq onların hamısı həll olunandır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × 5 =