Polşada Ukraynaya məxsus avtobus qəza törətdi

0
548

Polşanın Boxnya şəhəri yaxınlığında Ukraynaya məxsus ikimərtəbəli sərnişin avtobusu qəza törədib.

Arazinfo.com-un riafan.ru-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində 4 minik avtomobili zədələnib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bədən xəsarəti alanlar arasında hamilə qadın və iki uşaq da var. Qəzaya səbəb avtobusun sürücüsünün bir anlığa diqqətinin yayınması olub. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və hazırda sərnişinlərin digər avtobusla yollarına davam etməsi üçün Ukraynadan yeni avtobusun gəlməsini gözləyirlər.

 

 

BIR CAVAB BURAXIN