Polis rəisinə 200 min atan qadın şikayət verdi

0
600

Sabiq polis rəisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aygün Babaşova barəsində hökmdən apelyasiya şikayəti verib.

 

Şikayət üzrə ilkin baxış iclası oktyabrın 10-da Bakı Apelyasiya Məhkəməsində keçiriləcək.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aygün Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttiham aktına əsasən, A. Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

 

Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi olub. Aygün Babaşova biznes qurmaq adı ilə onun 200 min manatını alaraq dələduzluq edib.

 

A. Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

BIR CAVAB BURAXIN