12 azərbaycanlı dostu olan erməni Adel Markisyan kimdir? – İNANILMAZ …

0
747

Elşən Mərdanov, Həsən Quliyev, İbrahim Əmrahlı, Cəfər Cavadov, Vüqar Hüseynov və s…

Sosial şəbəkələrdə çox vaxt insanlar əsl adlarını gizlədirlər. Kimin hansı məzhəbə qulluq etdiyini də ayırd etmək olmur. Müxtəlif millətlərin, dinlərin nümayəndələri  biri-biri ilə virtual, bəzən həm də gerçək dostluq edirlər. O cümlədən azərbaycanlılar da… Soydaşlarımızın arasında  torpaqlarımızı bir qərinədir işğal altında saxlayan  ermənilərlə də dostluq edənlər  var…
“Facebook”-da kiçik  araşdırmamız zamanı heyrətamiz bir fakta rast gəldik. Erməni “Adel Markisyan” (rus əlifbasıyla yazılıb:Адель Маркисян)  adlı profil sahibinin dostluğunda azı 12 azərbaycanlı var: Elşən Mərdanov, Həsən Quliyev, İbrahim Əmrahlı, Cəfər Cavadov,  Vüqar Hüseynov, Babək İsmayılov, Elşən Ağayev, Ramiz Əzizoğlu  və s. Buuyurun özünüz həmin profilə baxın və nəticə çıxarın:  (https://www.facebook.com/profile.php?id=100023147779582)
Maraqlıdır ki, həmin şəxslərin əksəriyyətinin Azərbaycan bayraqlarıyla fotoları var – çoxu diaspor üzvlərinə bənzəyir. Bəzilərinin də dostları arasında  işğal altındakı bölgələrdən olan tanınmış  azərbaycanlılar  görünür. Məsələn,  erməni(?) ilə dost olan Ramiz Əzizoğlunun dostluğunda məşhur aktyor, Şuşa teatrının rəhbəri, qarabağlı Aşiq Yadugar da var. Ayrı-ayrı şəxslərdən başqa Azərbaycan dilində müəssisə, təşkilat adları daşıyan profillər də həmin Adel Markisyanın dostluğundadır:”Azwork Işədüzəltmə Mərkəzi”, “Buratino tədris mərkəzi”, “Turizm dünyası”, “Odlar yurdu Universiteti” və s.).
Erməni(?) dostluğunda olan azərbaycanlılar arasında Azərbaycanda da, Rusiyada da yaşayanlar var. Biz onları hələlik milli xəyanətdə-filanda suçlaya bilmərik. Bəlkə həmin Adel Markisyan özü qəsdən, yaxud zarafatla erməni adı altında gizlənib. Qoy onun “Feysbuk” dostları özləri cavab versin…
 
Sultan Laçın

BIR CAVAB BURAXIN