Piyada keçidində vuran və vurulan azərbaycanlı məşhurlar

0
608

Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) Rusiyada piyada keçidində 30 yaşlı sürücünün idarə etdiyi avtomobillə vurulub öldürülməsi ilə bağlı araşdırmalar davam edir. Qəza yanvarın 23-də, yerli vaxtla saat 18:20-də (Bakı vaxtı ilə saat 19:20-də) vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştərxan şosesinin 1378-ci kilometrliyində olub. Hadisə tənzimlənməyən piyada keçidində baş verib. Şosenin həmin hissəsindən piyadanın keçməsində qayda pozuntusu yoxdur. Orada işıqfor və keçid üçün zolaq qoyulmadığından tənzimlənməyən piyada keçidi adlanır.

Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı. Jurnalistin atası Şamil Məmmədov 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edərkən itkin düşüb. Sonradan ona şəhid statusu verilib.

Təəssüf ki, son vaxtlar piyadaların vurulması ilə bağlı qəzaların sayı artıb. “Yeniavaz.com” saytı piyada keçidində avtomobillə vurulan və ya öz avtomobili ilə piyada vuran azərbaycanlı məşhurların siyahısını hazırlayıb.

Bu yaxınlarda baş vermiş belə bir dəhşətli hadisələrin birində dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb. Qəza Nobel prospekti Zığ şossesində baş verib. Axşam vaxtlarında qeydə alınan qəzada Reyhan Məmmədova iti ilə piyada keçidindən yol keçirmiş. Həmin ərazidən keçən Əlifağa Məmmədovun idarə etdiyi “BMW” markalı, 90 XU 928 nömrəli avtomobil idmançını vurub. Sürücü ilkin açıqlamasında həmin ərazidə işıqlanmanın zəif olmasını və piyada keçidi nişanının olduqca yaxın ərazidə qoyulmasını səbəb kimi göstərib. Sakinlərin dediyinə görə, bu həmin ərazidəki ilk belə hal deyil. Bundan öncə də həmin yerdə qəza olub.

Digər azərbaycanlı idmançı Xəzər Əliyev də avtomobil vurması nəticəsində dünyasını dəyişib. İdmançı Beyruta istirahət məqsədilə səfər etmişdi.

X. Əliyev gecə saatlarında dostları ilə birgə klubda əylənib. Səhərə yaxın taksi ilə qaldıqları ünvana qayıdarkən sürücü ilə mübahisələri düşüb. Sürücü onları 130-140 km/saat sürət həddi olan magistralda körpünün üstünə düşürüb. X. Əliyev avtomobildən düşərək yolu keçmək istəyərkən onu maşın vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan X. Əliyev dərhal əməliyyat edilib, 8-9 litr qan köçürülüb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Öz avtomobili ilə piyada vuranlara gəlincə, bir müddət öncə tanınmış idmançı Bəhmən Şəfiyev “10-LJ-010” dövlət qeydiyyat nişanlı “Mercedes-Benz G-Class” markalı avtomobil ilə yoldan keçən piyadanı vurub. Piyada aldığı bədən xəsarətlərindən oradaca keçinib. Buzovna yolunda 58 yaşlı Elman Musayevi vurub öldürən şəxs 33 yaşlı Bəhmən Şəfiyev peşəkar idmançıdır.

Tanınmış futbolçu Araz Abdullayev isə bir müddət əvvəl Bakının Xətai rayonu ərazisində idarə etdiyi avtomobillə yolu təmizləyən iki süpürgəçi qadını vurub. Qəza nəticəsində təxminən 60 yaşında olan Zəminə Hüseynova ölüb, digər qadın Gülsabah Nuriyeva isə ağır halda xəstəxanaya yerləşdirilib. Araz Abdullayev saxlanılsa da, sonradan “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun zaminliyi ilə azadlığa buraxılıb. Futbolçunun həmin xanımı daim diqqətində saxladığı, yardımını əgirmədiyi bildirilir.

Müğənnilər Sevinc-Sevil Səfərova bacılarının törətdikləri qəza nəticəsində isə piyada ağır yaralanıb. Zərərçəkənin adı Zöhrab Ağayevdir. O, ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib. Həkimlər onun kəllə sümüyünün sındığını bildiriblər. Qeyd edək ki, müğənni bacılar piyadanı “Dodge Durango” markalı avtomobillə, İçərişəhərin yaxınlığında, “Qoşa qala qapısı” adlanan ərazidə vurublar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten − 4 =