Pentaqon: İncirlik bazasından Ankaranın icazəsi ilə istifadə edirik

0
413

Birləşmiş Ştatlar Türkiyənin hərbi bazalarından, o cümlədən İncirlik aviabazasından yalnız Ankaranın icazəsi ilə istifadə edir.

“Report” TASS-a istinadən xəbər verir ki, Pentaqon Rusiyanın S-400 zenit raket sistemlərinin almasına görə Ankaraya qarşı sanksiyaların tətbiq ediləcəyi halda Türkiyənin İncirlik və Kürəcik bazalarının ABŞ-ın üzünə bağlana biləcəyi haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini belə şərh edib.

“Türkiyə bazalarında, o cümlədən İncirlikdə ABŞ hərbi qüvvələrinin mövcudluğu Türkiyə hökumətinin icazəsi ilə həyata keçirilir. Biz hərbi qüvvələrimizin Türkiyədəki statusuna çoxillik sadiqliyimizin və NATO üzrə müttəfiqimizin və strateji partnyorumuzun müdafiəsi kimi baxırıq”, – deyə Pentaqondan bildirilib.

ABŞ-ın Müdаfiə Nаzirliyində qeyd edilib ki, Türkiyə Əfqanıstandakı, Kosovodakı, İraqdakı missiyaya (NATO) öz töhfəsini verir və bu əhəmiyyətlidir. Pentaqon bu münasibətləri qorumağa çalışır.