“Paşinyana daha çox səhv etməkdə mane olmamalıyıq”

0
573

Ermənistandakı etiraz hərəkatının lideri, baş nazir postuna hər kəsdən daha yaxşın olan Nikol Paşinyan növbəti dəfə Azərbaycanı müharibə ilə hədələyib və gərəkirsə Qarabağ problemini hərbi yolla həll edəcəklərini vurğulayıb. Artıq növbəti dəfə səsləndirilən bu fikirlər müəyyən suallar doğurmaqdadır.

Paşinyanın bu açıqlaması nə dərəcədə ciddi hesab edilə bilər? Serj Sərkisyanın cəsarət etmədiyi bu addımın Nikol Paşinyan tərəfindən atılması mümkündürmü? Bu, siyasi arenadakı aktivliyi Qarabağda da sərgiləmək iqtidarında olan qətiyyətli liderin, yoxsa xalq qarşısında sadəcə xal qazanmağa çalışan şəxsin açıqlamasıdır?

Moderator.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistandakı mövcud elitanın bu ölkəni fəlakətə doğru sürüklədiyini vurğuladı:

“Ermənistanda baş nazir postuna Paşinyanın seçilməsi ehtimalı çox böyükdür. Hakimiyyəti gücləndirmək üçün o, çox güman ki, Sərksiyan tərəfdarı olan insanlardan aparatı təmizləyəcək. Bu, Paşinyan tərəfindən həyata keçirilməsi gözlənilən növbəti məntiqi addımdır. Qarabağ məsələsinə gəlincə, Paşinyanın populist bəyanatlar verəcəyi gözləniləndir. Bizim mövqeyimiz ondan ibarət olmalıdır ki, biz onun daha çox səhv etməsinə mane olmamlıyıq.

Paşinyan və erməni elitası Rusiyanın Emənistandan çəkilməyə hazır olduğunu hiss edir və bundan narahatlıq duyur. Onlar bunu istəmir. Ona görə Ermənistana müxtəlif üsullarla Rusiyanın marağını artırmağa çalışırlar. Hiss edirlər ki, Qərbin Ermənistana marağı onların gözlədiyi qədər də yüksək deyil.

Bu, yalnız Paşinyanın səhvi deyil. Bu, ümumilikdə Ermənistan elitasının hansı geopolitik dalana dirənməsinin nəticəsidir. Paşinyan və erməni siyasətçiləri ölkələrini uçuruma aparan addımlar atırlar. Çünki onların başqa cür addım atmağa imkanları yoxdur”.

BIR CAVAB BURAXIN