Paşinyan Moskvada geri addım atdı

0
566

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada keçirilən brifinqdə deyib ki, ölkəsinin bu quruma üzv olmasını indinin özündə belə səhv hesab edir.

Arazinfo.com-un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Paşinyan ölkəsinin  bu qurumda təmsil olunmasından təəssüfləndiyini bildirib. Lakin o, eyni zamanda bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etmək niyyətində deyil: “Mən həmişə demişəm ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması səhv adım idi. Lakin bununla belə  bu səhvi düzəltmək fikrində də deyiləm. Buş İraqa qoşun yeritdi, əvəzində Obama onun səhvini düzəltdi və əsgərlərini oradan çıxartdı. Nəticədə qarşılarında İŞİD-i gördülər. Ermənistan Avrasiya İttifaqının üzvüdür və bu faktdır. Belə hesab edirəm ki, sərt addımlar beynəlxalq aləmə xeyir gətirmir. Biz Avrasiya ittifaqının daha effektli işləməsinə çalışırıq. Ermənistan KTMT-də üzvlüyünü davam etdirəcək”.

Hazırda Moskvada olan Paşinyan yaxın saatlarda  baş nazir Dmitri Medvedevlə görüşəcək. Lakin onun prezident Vladimir Putinlə görüşü nəzərdə tutulmayıb

«