Pakistanda sərvəti barədə hesabat verməyən nazirlər cəzalandırıldı

0
573

Pakistanda sərvəti barədə hesabat verməyən nazirlər cəzalandırıldı

Pakistan Seçki Komissiyası (ECP) 261 siyasətçinin Milli Məclisə üzvlüyünü ləğv edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna həmin siyasətçilərin şəxsi maliyyə hesabatlarını sentyabra qədər açıqlamaması səbəb olub.

Məlumata görə, ECP 7 senatoru, Milli Məclisin 71 üzvünü, həmçinin, Pəncap ştatından 84, Sinddən 50, Hayberpahtunhuva ştatından 38 və Bəlucistandan isə 11 millət vəkilinin mandatını ləğv edib. Onların arasında keçmiş baş nazir Nəvaz Şərifin kürəkəni Məhəmməd Səfdar, daxili işlər naziri Talal Çodri və dini işlər naziri Sərdar Yusif də var.

Qeyd edək ki, sabiq prezident Pərviz Müşərrəfin 2002-ci ildə imzaladığı sərəncama görə, parlament üzvləri hər il 30 sentyabra qədər özlərinin və ailə üzvlərini sahib olduqları var-dövlət haqqında maliyyə hesabatını təqdim etməlidir.

BIR CAVAB BURAXIN