Övladlığa götürülmüş gənc ailəsini qətlə yetirib

0
654

11

ABŞ-ın Texas ştatında amerikalı ailədə övladlığa götürülmüş 17 yaşlı gənc ögey valideynlərini öldürüb.

Kraul şəhərinin polisi bildirir ki, hadisə dekabrın 1-də olub.

Məlumatda həmin gəncin Rusiyadan övladlığa götürüldüyü bildirilir. Rusiyanın ABŞ-dakı səfirliyi bildirib ki, qətldə ittiham edilən Karl Edvard Bryur amerikada övladlığa götürməsindən sonra da Rusiya vətəndaşlığını saxlayıb. Bu barədə İnterfaks xəbər yayıb.

Şəhərin polis rəisi Lyus Soler keçirdiyi mətbuat konfransında deyib ki, onlara Karlın öz valideynlərini öldürməsi ilə bağlı anonim zəng gəlib. Dərhal Bryurların evinə gedən polis mənzildən kəskin qoxu gəldiyini görüblər. Onlar içəri girərkən 60 yaşlı Troy və 64 yaşlı Mery Bryurların qətlə yetirildiklərinin şahidi olublar, – polis rəisi mətbuat konfransında deyib.

Polis onların övladlığa götürdüyü, ailənin üçüncü uşağı hesab olunan Karl Bryuru həbs edib. Ancaq hələ ki, qətlin necə baş verdiyi və motivin nə olduğu bəlli deyil.

Polis rəisi Soler onu da əlavə edib ki, son ildə baş vermiş qalmaqallara görə, Bryurlerin evinə 16 dəfə polis çağrılıb.

Qətldə ittiham olunan gəncin marixuana istifadəçisi olduğu bildirilir.

BIR CAVAB BURAXIN