Olqa ilə evlənmək üçün xanımını gülləldi, evi partlatdı

0
565

Olqa ilə evlənmək üçün xanımını gülləldi, evi partlatdı

Amerikalı 59 yaşlı Stiven Pirus rusiyalı qadınla evlənmək üçün xanımını öldürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Məlumata əsasən, hadisə avqustda Madison şəhərində baş verib. İstintaq araşdırmalarına görə, ər xanımını güllələyib. Daha sonra izi itirmək üçün qazı açaraq evi partladıb. Polis cəsədi tapdıqdan sonra müəyyən edib ki, qadın zorakılıq nəticəsində dünyasını dəyişib. Pirus isə qətl, yanğın və təhlükəli davranışda ittiham olunaraq həbs olunub.

Polis Pirusun rusiyalı Olqa ilə danışıqlarını və onun açıq-saçıq şəkillərini aşkarlayıb. Onlar qadının ABŞ-a gəlməsini və gələcək toyu müzakirə ediblər.

Cinayət işi ilə bağlı növbəti məhkəmə iclası noyabrın 1-nə təyin olunub.

BIR CAVAB BURAXIN