Fransa Prezidenti Fransua Olland ermənistanlı həmkarı Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Axar.az xəbər verir ki, bu barədə Fransa prezidenti bildirib. Onun sözlərinə görə, Fransa-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı S.Sərkisyanı Parisə dəvət edib.
8 martda nəzərdə tutulmuş səfər çərçivəsində əsas müzakirə mövzusundan biri də Qarabağ münaqişəsi olacaq.
“Bu münaqişənin həlli üçün sülh yollarını tapmaq əhəmiyyətlidir”, – Olland deyib.
O, həmçinin söz verib ki, Fransa həmişə bu ölkədəki erməni icmasını dəstəkləyəcək.