Kiyev Azərbaycanlıları Konqresi tərəfindən Azərbaycana möhtəşəm dəstək

0
1608

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, işğal olunmuş əraziləri azad edərək, düşmənə sarsıdıcı zərbələr endirməsi, əldə edilən qələbələr bütün dünya azərbaycanlıları tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır.

Arazinfo.com xəbər verir ki, artıq xaricdəki Azərbaycan diasporu Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına səs verərək, erməni yalanlarının ifşa edilməsi, ölkəmizin dəstəklənməsi üçün təşəbbüslər həyata keçirilməsi ilə əlaqədar fəaliyyətə başlayıblar. Azərbaycan diasporunun hər zaman aktiv olduğu, Qarabağ münaqişəsində ölkəmizə açıq dəstək verən Ukraynada yaşayan soydaşlarımız da fəal dəstək tədbirləri həyata keçirir.

Bu tədbilərədn biri bu günlərdə Kiyev Azərbaycanlıları Konqresi tərəfindən həyata keçirilib.

Təşkilat üzvləri Ukrayna Mərkəzi Hərbi Hospitalını ziyarət edərək müalicə olunan ukraynalı yaralı hərbçilərin vəziyyəti ilə maraqlanıblar, hərbi hospitala əlil arabaları, çəliklər və digər tibbi ləvazimatlar təqdim edilib. Təşkilatın rəhbəri Oleq Krapivin qeyd edib ki, bu addımla Ukraynaya Azərbaycanın haqlı mövqeini dəstəklədiyinə görə öz təşəkkürlərini çatdırıblar.

Kiyev Azərbaycanlıları Konqresinin üzvləri adından O.Krapivin Ali Baş Komandan İlham Əliyevə ordumuzun qələbələri münasibətilə təşəkkür məktubu da ünvanlanıb.

Məktubda qeyd edilir ki, dövlət başçısnının əzəli doğma torpaqlarımız olan Qarabağın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası uğurundakı siyasəti dünya azərbaycanlıları tərəfindən ürəkdən dəstəklənir: “Suqovuşan, Cəbrayıl, Murovdağda Azərbaycan bayrağının ucaldılması, bütün dünya azərbaycanlılarını sevindirir. Şübhəsiz ki, müdrik siyasətiniz nəticəsində düşmən üzərində tam qələbə əldə ediləcəkdir”.

Qeyd edək ki, Kiyev Azərbaycanlıları Konqresi Ukraynadkı Azərbaycan diasporunun əsas aparıcı təşkilatlarından biridir. Təşkilatın rəhbəri Oleq Krapivin sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionudur. Yığma komandalar səviyyəsində müxtəlif beynəlxalq turnirlərin qalibi olub. Sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. 1989-cu ildən Kiyev şəhərində yaşayır. Uğurlu iş adımı kimi O.Krapivin “Forbes”in məlumatına görə, Ukraynanın zənginləri sırasında yer alıb.

Arazinfo.com

BIR CAVAB BURAXIN