Ölkədə dərmanlar dolların kursuna uyğun satılacaq

0
606

“Dərman şirkətlərinin xarici valyuta ilə bağlı yaranmış problemlərə dair Azərbaycan hökumətinə ünvanladığı müraciətə baxılıb. Məsələ artıq həllini tapıb”.
APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib. Onun sözlərinə görə, yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq: “Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında düzəlişlər ediləcək. Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma burda dəyişiklik nəzərdə tutulur. Bundan sonra həmin gün üçün bazarda valyutanın (dolların) real qiyməti əsas götürüləcək”.
Qeyd edək ki, bir müddət öncə Elsevər Ağayev jurnalistlərə bildirib ki, valyuta ilə bağlı problemlərin dərman qıtlığına yol açacağına dair məsələ hər kəsi narahat edir. Dərman şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu müraciət Səhiyyə Nazirliyinə də göndərilib.

BIR CAVAB BURAXIN