Anası meymun, atası insan olan qeyri-adi varlıq

0
1278

Təxminən bir əsr əvvəl amerikalı alimlər insan və meymun hibridini yaratmağa müvəffəq olublar.

Bununla bağlı Nyu York Universitetinin 77 yaşlı professoru Qordon Hellap deyib.

Onun sözlərinə görə, ötən əsrin 20-ci illərində Florida Universitetinin elmi laboratoriyasında qeyri-adi uşaq dünyaya gəlib. Onu qeyri-adi edən anasının meymun, atasının adı açıqlanmayan insan olmasıdır.

Bu iddia gülməli səslənsə də, Hellap dediklərinin həqiqət olduğunu sübut edə biləcəyini qeyd edib.

Hellapın fikrincə, bu hibridin yaranması üçün amerikalı alimlər on illər boyunca tədqiqat aparıblar:

“Bir çoxları meymunun özündən fərqli görünüşə sahib canlı dünyaya gətirə biləcəyinə inanmayıblar. Ancaq laboratoriyada baş verən hadisə zamanı meymun sağlam uşaq dünyaya gətirib. Bu məsələ ilə bağlı yayılan informasiyalar amerikalıları təşvişə saldığı üçün sonradan olay yalana çıxarılıb.

Alimlər yeni doğulan körpəyə Hyumanze adını qoydular. Yeni canlı alimləri heyrətə gətirməyə davam edib. Onun hərəkətləri Homo Sapiensləri xatırladırmış. Hyumanzenin bədəninin temperaturu insanınkına yaxınmış, üzü də normal insanı xatırladırmış.

Onun danışmağı və insan kimi başa düşməyi ilə bağlı məsələlər isə müəmmalı qalıb. Həmin uşağın taleyi heç kəsə məlum deyil. Bəziləri öldürüldüyünü, bəziləri isə meşəyə qaçdığını iddia ediblər”.Teleqraf.com

BIR CAVAB BURAXIN