Neft Daşlarında fəhlələr arasında dava –Bir neftçi öldürüldü  

0
451

Bu gün saat 11.50 radələrində Neft Daşlarında SOCAR-ın iki əməkdaşı arasında dava olub.

Bu barədə SOCAR-ın özü məumat yayıb.

Bildirilib ki, “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib:

“Nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.  Aldığı xəsarətdən Azər Xalıqov hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır”. Strateq.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

9 + 10 =