Röyanın keçmiş əri 3 həyat yoldaşından olan övladları ilə

0
946

Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov sosial şəbəkədə övladlarının şəkillərini paylaşıb.

Müğənninin eks əri Röya ilə evliliyindən olan oğlu Hüseyni ilk nikahından olan böyük oğlu, yəni ögey qardaşı ilə tanış edib. Röya ilə boşandıqdan sonra Nigar adlı xanımla ailə quran iş adamı sosial şəbəkədə bu nikahdan dünyaya gələn qızı ilə Hüseynin şəklini paylaşıb.

Qeyd edək ki, A.Cəlilov “Çudo-Peçka” mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğludur. Son vaxtlarda Cəlilovlar ailəsinin biznesinin çökdüyü haqqında xəbərlər yayılır. İşçiləri onu bir neçə ayın maaşlarını verməməkdə günahlandırıb.

Onu da xatırladaq ki, A.Cəlilov “Yol Əhvalatı”, “Anın quruluşu”, “Gözlə məni”, “Avqust gələndə”, “Köç” kimi filmlərin ssenari müəllifi Asim Cəlilovun nəvəsidir.Publika.az

 

BIR CAVAB BURAXIN