NATO oktyabrın sonlarında irihəcmli hərbi təlimlər keçirəcək

0
531

NATO oktyabr ayının sonlarında Norveçdə “Trident Juncture-2018. İri dövlətlərdən birinin Norveçə hücumu və alyans üzvləri ilə birgə onun qarşısının alınması” adlı iri həcmli hərbi təlimlər keçirəcək.

Mediainfo.az saytının Kommersant.ru-ya istinadən verdiyi xəbərə görə, hərbi təlimlərdə NATO üzvü olan ölkələrin 45 min hərbi qulluqçusu, 10min ədəd hərbi texnika, 150 qırıcı təyyarə, 60 hərbi gəmi iştirak edəcək.  Hərbi təlimlər oktyabrın 25-də başlayacaq və noyabrın 7-də başa çatacaq.

Norveç əhalisinin hərbi təlimlərə marağı böyükdür. Rəyi soruşulan Norveç sakinlərinin 68 faizi NATO-ya yaxşı yanaşdıqlarını, 85 faizi alyansın müdafiə tədbirlərini bəyəndiklərini bildiriblər.

Norveçdə keçiriləcək hərbi təlimlərə Rusiyanın reaksiyası sərt olub. Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, NATO hərbi təlimləri Rusiya -Norveç münasibətlərində gərginlik əmələ gətirəcək: “Biz NATO-nun Norveçdəki hərbi təlimlərini pisləyirik və bunu bölgədə gərginliyi artırmaq cəhdi kimi dəyərləndiririk. Rusiya bu hərbi təlimlərə layiqli cavab verəcək”.

Əziz Mustafa

 

 

 

BIR CAVAB BURAXIN