NATO-nun baş katibi: “Rusiya qoşunları Donbasda…”

0
623

“Rusiya Ukraynanın şərqində gedən döyüşlərlə bağlı məsuliyyət daşıyır”.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Brüsseldə mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

 

“Rusiya Federasiyası xüsusi məsuliyyət daşıyır, çünki Donbasda separatçıları dəstəkləməyə davam edir. Biz Ukraynanın şərqində Rusiya qoşunlarını görürük”, – baş katib deyib.

 

O, vurğulayıb ki, son günlər Ukraynanın şərqində hərbçilərin artan ölümlərinə görə narahatdır: “Bu, mənim üçün siqnaldır ki, Minsk razılaşmalarına riayət etmək üçün mümkün olan hər şey etmək lazımdır. Biz bütün təsirlərdən və bütün səylərdən istifadə etməliyik”.

 

Xatırladaq ki, iyunun əvvəlində Rusiyanın Ukrayna sərhədinə hərbi texnika topladığı barədə məlumatlar yayılıb.

 

Ukrayna prezidenti Pyotr Poroşenko hələ ötən ilin yayında Müstəqillik Günü ilə bağlı Kiyevin mərkəzində keçirilən tədbirdə Donbasda Rusiya-Ukrayna sərhədində 50 mindən artıq rus hərbçisinin olduğunu bildirib.

 

Dövlət başçısı qeyd edib ki, işğal edilmiş ərazilərdə 50 mindən çox rus hərbçisi var və onlardan 9 mini ali hərbi təhsillidir. Poroşenko Donbas hövzəsindəki əməliyyatlara birbaşa olaraq həmin zabitlər tərəfindən rəhbərlik edildiyini deyib. Onun sözlərinə görə, düşmən Ukraynanın içərilərinə birbaşa hərbi müdaxilə ideyasından imtina etməyib.

 

Rusiya isə özünü münaqişə tərəfi hesab etmir və Donbasda rus hərbçilərinin olduğu barədə iddiaları qətiyyətlə rədd edir.

BIR CAVAB BURAXIN