NATO-nun 29-cu üzvü bu ölkə olacaq

0
317

NATO Çernaqoriyanın ittifaqa girişi haqqında protokolunun imzalanacağı tarixi açıqlayıb.

 

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, protokol mayın 19-da NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə imzalanacaq.

 

Bundan sonra Çernaqoriya “dəvət edilmiş” üzv statusunu alacaq. Bu status NATO toplantılarında Çernaqoriyaya müşahidəçi qismində iştirak etməyə imkan verəcək.

 

Ölkənin ittifaqa 29-cu tamhüquqlu üzv olması üçün sənəd NATO-nun bütün üzv ölkələri tərəfindən təsdiqlənməli və NATO baş katibindən son dəvəti almalıdır. Çernaqoriyanın ittifaqa üzvlük perspektivlərini şərh edən NATO-nun nümayəndəsi bildirib ki, təsdiqetmə prosesi milli prosedurlardan asılıdır və onun nə qədər davam edəcəyini demək çətindir.

 

Qeyd edək ki, NATO Çernaqoriyanı 2015-ci ilin dekabrında ittifaqın 29-cu üzvü olmağa dəvət edib. Bu, Rusiya tərəfindən sərt reaksiya ilə qarşılanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five + 16 =