Dünən Rusiya KİV-nin yaydığı bir məlumata görə, bu ölkənin xarici işlər naziri Sergey Lavrov «istehsal etdiyi» növbəti yalanını ictimailəşdirib.
Almaniya Federativ Respublikası hakimiyyəti tərəfindən, «Ağ kitab»ın yeni redaksiyasında Rusiyanın «rəqib» və ölkə üçün əsas təhdidlər sırasına daxil edilməsi barədəki xəbəri şərh edərkən, əslində, blefə baş vuran Lavrov deyib: “Rusiyanın düşməni yoxdur».
Əcəba, bu, belədirmi?
Rusiyanın düşməninin olub-olmadığı barədə müzakirələrə baş vurub, vaxt aparmaq fikrim yoxdur. Amma bir reallığa növbəti dəfə şəhadət etmək istəyirəm: Dünyada Rusiyanın dostu yoxdur (əlbəttə, Y.Latınina demiş, «Rusiyanın arxasınca it quyruğu kimi sürünən» Ermənistan istisna olmaqla)!
Bunu təkcə mən demirəm – dünyada belə düşünən insanların sayı mütləq çoxluq təşkil edir. Uzunçuluq etməyə lüzum olmadığı üçün, onlardan birinə istinad etmək isitəyirəm…
Hələ 2015-ci ilin iyul ayında (23 iyul) «Azadlıq radiosu»na verdiyi müsahibədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Rusiyanı belə xarakterizə edib: «Rusiya barədə heç kim illüziyaya qapılmır və dünyada heç kim Rusiyanı özünə həmkar hesab etmir».
Bəs, nə üçün dünyada Rusiyanın dostu yoxdur?
Düşünürəm ki, blef etməkdənsə («Rusiyanın düşməni yoxdur» səciyyəli blefə baş vurmaqdansa!), Lavrov özü bu suala cavab versə, yaxşı olardı…
P.S. Xatırlatmaq yerinə düşərdi ki, təxminən bir il bundan əvvəl həmin Lavrov Səudiyyəli həmkarını söyərək, onu debil adlandırmışdı: «Debilı, bl…». Sitatdakı ikinci kəlmə «qlyəd» sözünə oxşar söyüşdür və «yüngül əxlaqlı qadın» mənasına gəlir.
AzPolitika.info