“Barselona”nın “Alaves”də icarə əsasında çıxış edən futbolçusu Munir El Haddadi Mərakeş millisində forma geyinmək istədiyini açıqlayıb.
22 yaşlı hücumçu İspaniya yığmasında 13 dəqiqə forma geyinməsinə baxmayaraq, DÇ-2018-ə vəsiqə qazanan Mərakeş millisində oynamaq üçün federasiyaya müraciət etdib. Mərakeş Futbol Federasiyası məsələ ilə bağlı FİFA-ya məktub ünvanlayıb.
Mərakeş mətbuatında yer alan mətbuata görə, federasiya müsbət cavab almasa, Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. goal.az