Moskvada aramsız yağış

0
300

Avqustun 14-də axşam saatlarından aramsız yağmağa bağlayan yağış Rusiya paytaxtında həyatı iflic edib.

APA-nın verdiyi məlumata görə, 18 saatdan çoxdur fasiləsiz yağan yağış paytaxt yollarında hərəkətin çətinləşməsinə səbəb olub.

Yollarda xeyli avtomobillər suda batıb. Xilasedicilər avtomobillərində və avtobuslarda çarəsiz qalan 80 nəfəri təxliyə ediblər.

Qeyd edək ki, 2016-cı ilin avqustun 15-i 1879-cu ildən bəri ən yağışlı gün olub. Buna qədər isə 2003-cü ilin avqustun 13-də yağışın uzun müddət fasiləsiz yağması qeydə alınıb.

Moskva Meteo Bürosundan verilən məlumata görə, son bir gün ərzində paytaxta düşən yağıntının miqdarı 48 mm olub. Belə rekord həcmdə yağıntı 130 il bundan qabaq qeydə alınıb. O zaman Moskvaya düşən yağıntının miqdarı 25,2 mm olub. Əlavə edək ki, Moskvada 18 saatdan çoxdur yağan yağışın sabah axşam saatlarınadək davam edəcəyi gözlənilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

12 + 14 =