Moskva metrosunda polisə hücum edərək döyüblər

0
236

Moskva metrosunun  “Taqanskaya ” stansiyasında 4 sərnişin polisə hücum edərək onu döyüblər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə TASS-a Moskva şəhər polis idarəsindən bildiriblər. Hadisə ötən gün gecə baş verib. Metroda xidməti vəzifəsini həyata keçirən polis baş serjantı 4 nəfərin ictimai qanun-qaydanı pozduğunu görüb və onlara xəbərdarlıq edib. Cavabında 4 nəfər polis baş serjantına hücum edərək onu döyüblər. Polis baş serjantının köməyinə onun yoldaşları gəliblər. Nəticədə iki nəfəri saxlamaq mümkün olub, digər iki nəfər isə qaçaraq gizlənə bilib. İndi saxlanılan iki nəfəri 5-7 il həbs cəzası gözləyir.