“Azərbaycanda əsrlərdən bəri xarici kəşfiyyatların ələk-vələk etdiyi 104 sirli məkan var…”

0
878

Əvvəli bu linkdə http://mediainfo.az/maraqli/81017

Azərbaycanlılara qarşı amansız və qəddar bir ruhda böyüyən bir kəşfiyyatçı Göyçaya göndərildi…

“…Yenidən təyinatı üzrə mutasiyadan sonra… bölünən döllərə qayıdıram…(Xatırladaaq ki,  mutasiya- təbii və ya süni təsirlər nəticəsində canlıların əsl irsi genomlarının dəyişikliyə məruz qalması nəticəsində məsələn, insanlarda irsi zahiri və ya psixoloji, mənəvi keyfiyyətlərin itməsi kimi anlaşıla bilər-S.L.) Məlumata görə hərbi həkim, professor, kəşfiyyat mayoru M.Z.Faxratdinov 1952-ci ilin yanvarın 7-də Yevlaxda yaradılmış “Moskva Punktu”na çağırılır. (“Moskva Punktu”- keçmiş DTK-nın Yevlax yaşayış məntəqəsində məxfi “qaydalara” əsasən yaradılmış “Nəzarət məntəqəsi” kimi də qeyd olunur. Əlavə məlumata gör,ə “Moskva Punktu” MN-nin 3 saylı hərbi-sənaye kompleksinin toksikologiya və genetik kodların araşdırılması şöbəsinin başçısı akademik, S.M.Kvarts adlı bir generalın təşəbbüsü ilə yaradılmışdı. Digər bir məlumatda isə (şöbənin əməkdaşı, polkovnik A.A.Qusevin akademik haqqında kəşfiyyat məlumatı) bildirilir ki, akademik A.M.Kvarts Yevlax – Ərəbbəsra yaşayış məntəqəsində 375 səhifəlik elmi-tədqiqat işləri aparıb. Bu barədə danışacağıq.) Kəşfiyyat mayoru Faxratdinov həkim dostu E.D.Serafimoviçə ünvanladığı yeni məktubunda xatırladır:”…Mən bölgüdə iştirak edə bilmədim… Moskvaya qayıdıram. Görüşərik. Mənim bu işlərdən uzaqlaşma səbəblərini aydınlaşdıra bilmədim… Məni  Göyçayın Bəyimağac məkanında leytenant, Moskva Hərbi Akademiyasının məzunu Andrey Qriqoryeviç Şamşin əvəzləyəcək. Bu adam Azərbaycanı tanımır. Yevlaxda onu gördüm. Təzə gəlmişdi. Döllərin regionlara paylanması ona tapşırılmışdı… O, azərbaycanlılara qarşı amansız və qəddar bir ruhda böyüyən adam idi. O, əsl cəllad idi… Mənə onun haqqında akademik, mənim müəllimim olmuş S.M.Kvarts danışmışdı…”

Məlumata görə, akademik S.M.Kvarts tələbəsi olmuş professor M.Z.Faxratdinovu qoruya bilmədi. Əksinə, MN-nin Hərbi Kəşfiyyat İdarəsində onu məcbur etdilər ki, tələbəsi olmuş professor M.Z.Faxratdinovun əleyhinə ifadə versin. Akademik verdiyi yalan ifadədən sonra 1952-ci ilin fevralın 16-da öz evində intihar edir. Professor M.Z.Faxratdinov isə azərbaycanlıları müdafiə etdiyi arayışa görə (?) həbs olunur…

Uzunmüddətli araşdırma materiallarına görə, arxivlərdə akademikin cəmi 310 səhifəlik əlyazması, yəni Azərbaycanda apardığı elmi-tədqiqat işlərinin bir hissəsi qalır. (Biz Akademik S.M.Kvartsın elmi-tədqiqatlarını əldə etmək üçün iki il yarım gözləməli olduq. 1952-ci ilin yanvarın 21-də onun bütün işləri dayandırılır. Kitablarına, elmi məqalələrinə qadağalar qoyulur. O da məlum oldu ki, akademikə heç vaxt icazə verilməyib ki, öz həqiqi adı, soykökü ilə çıxış etsin. Onun əsl adı İvan Maksimoviç Turin və yaxud İvan Sedov (Raqiboviç) olub.)

1828-ci ildə Azərbaycan iki hissəyə bölündükdən sonra “bu millətin genetikasında odu söndürmək üçün su olmadı, suyu qızdırıb, qaynatmaq üçün od olmadı…”

Araşdırma materiallarına görə, akademik S.M.Kvartsın elmi-tədqiqatlarında Aərbaycanın çox möcüzəli və Ulu Tanrıdan ayrılmış “104 yaşayış məntəqəsi” var(Bunu akademik göstərir). O, göstərir ki, bu yüz dörd məntəqədə hələ 1839-cu ildən dünya alimləri, filosoflar, genetiklər, təbiblər… araşdırmalar aparır. Azərbaycanın yüz dörd məntəqəsi əsrlərdən bəridir ki, ələk-vələk edilir. Akademik yazır ki, (biz onun intihar etdiyi vaxt köməkçi-asistenti olmuş həkim-tədqiqatçı Uqruma Aleksandrovanın ifadəsini də çap edəcəyik.) Gülüstan sülh müqaviləsindən sonra (1828-ci il) Azərbaycan iki hissəyə bölündü. O, əlavə edir:”…Bununla da bu millətin genetikasında odu söndürmək üçün su olmadı,.. suyu qızdırıb, qaynatmaq üçün od olmadı…” Şübhəsiz, mən bütün bunlara məcazi mənada yanaşıram. Amma müxtəlif yanaşmalarda bu məsələlərin kökü var…

Araşdırma materiallarına görə, Ağdaşdakı Dumanlı Dərə haqqında ilk mətləbləri məhz akademik S,M.Kvarts açıb. Ona haradan, hansı mənbələrdən gəlib, bu da maraqlıdır. (Mən mövzuları, fikir və düşüncələri, fakt və sənədləri biri-birinə qarışdırmaq istəməzdim. Onsuz da bu tədqiqat çox çətinliklə, əzab və əziyyətlə başa gəlir.) Akademiklə, onun tələbəsi M.Z.Faxratdinovla bağlı məsələləri burda saxlayıram… Qayıdaq Göyçay yaşayış məntəqəsindəki Bəyimağaca…

Azərbaycanda icra edilən  gizli “Mutasiya” layihəsi haqda məxfi arayış Stalinə göndərilir…

Araşdırma materiallarına görə, kəşfiyyatçı-həkim M.Z.Faxratdinovdan sonra “Mutasiya” layihəsinin icrası ixtisasca mühəndis olan, 1951-ci ilin fevralın 1-də isə kəşfiyyata işləmək üçün təyin olunan və 1952-ci ilin martın 19-dan Bəyimağaca göndərilən A.Q.Şamşinə həvalə edilir. Məlumata görə, 1952-ci ilin martın 26-da isə “Mutasiya” layihəsinin birinci mərhələsi (Göyçay ərazisində) Bəyimağac yaşayış məntəqəsində yekunlaşır. Kəşfiyyat leytenantı, əlavə olaraq doqquz nəfərin imzası ilə yekunlaşan “Mutasiya” layihəsi haqqında ilk “Məxfi Arayışı” şəxsən SSRİ Nazirlər Sovetinin Sədri İ.V.Stalinin adına göndərir. Məxfi qaydada hazırlanan arayış həmin vaxt Azərbaycanda olan və ardıcıl olaraq iki gün Azərbaycan KP MK-nin Birinci Katibi M.C.Bağırovun yanında qapalı şəkildə iclas keçirən general İ.B.Pavlovun şəxsi mühafizəsi altında Kremlə çatdırıldı.

Mutasiya”dan sonra əmələ gəl 9 döl  Azərbaycanda saxta nəsillər yetişdirilməsi üçün 9 rayona göndərildi…

Arxiv sənədləri arasında arayışla bağlı maraqlı məlumatlar var. Məsələn A.Q.Şamşin qeydlərində (MN-nin BKİ-nin hərbi-sənaye kompleksinə verdiyi izahatdan çıxarış) iddia edir ki, “Mutasiya”dan sonra əmələ gələn 9 döl regionlar üzrə aşağıdakı qaydada bölündü: 1.Astraxanbazar (Cəlilabad), 2.Şamaxı, 3.Zaqatala, 4.Şuşa, 5.Laçın, 6.Bakı, 7.Kirovabad (Gəncə), 8.Qazax, 9.Qutqaşen (Qəbələ) (Yəqin ki, həmin döllərdən əmələ gələn  uşaqların çoxu Uşaq evlərində böyüdülərək bu günədək yaşayırlar…- S.L.).

Araşdırma materiallarına görə, kəşfiyyat leytenantı A.Q.Şamşin general İ.B.Pavlovla bağlı şəxsi mülahizələrini yazır. O, qeyd edir:”…Mən bir saatdan artıq təkbətək general Pavlovla söhbət etdim. O, mənə xatırladırdı ki, bizim gördüyümüz iş əsas layihənin (o, əsl layihənin adını mənə demədi) birinci mərhələsidir. Onun fikrincə, ikinci mərhələ on yeddi ildən sonra icra olunmalı idi. Anladım ki, bu döllər on yeddi il yaşayışları nəzərdə tutulan ərazilərdə qalmalı (daha dəqiq desək, yaşamalı)… ailə qurmalı (onlar nəzərdə tutulan nəsillərin övladları ilə evlənməli idilər)… yeni döllər yetirməli idilər. Bu, mənim fikrimcə, əsl inkubasiyadan başqa bir şey deyildi… Söhbətdən aydın oldu ki, general Pavlov Azərbaycanı çox gözəl tanıyır və regionlar haqqında müfəssəl məlumata malikdir. O, mənə əlavə iyirmi il də bu yerlərdə işləməyimi məsləhət bildi. Yəni yeni döllərin də bölgüsünü mən aparmalı idim. Yeni döllər isə Lerik, Lənkəran, Ağcabədi, Salyan, Gədəbəy, Şəmkir, (Yevlax ərazisində artıq xüsusi stansiya, yəni mərkəz yaradılmışdı), Balakən, Qarabağ (?), Bakı ətrafı kəndlər (Ramanı və Əmircan) idi…”

Mutasiya layihəsini aparan general ingilis casusu kimi güllələndi…”

Məlumata dörə, general İ.B.Pavlovun da həyatı uzun sürmür. Məxfi arayışdan sonra generaldan 1952-ci ilin martın 28 və 29-da Azərbaycan KP MK-nin Birinci katibi M.C.Bağırovla etdiyi söhbətlərin geniş təfsilatı tələb olunur. 1952-ci ilin aprelin 9-da isə general heç bir səbəb olmadan həbs olunur və şəxsi arxivindən “Azərbaycan genetikası və mutasiyadan alınan döllərlə bağlı qeydlər”i ələ keçir. O, ingilis casusu kimi ittiham olunur. Leytenant A.Q.Şamşin yazır:”…Hər şey bir anda baş verdi. General İ.B.Pavlov tələm-tələsik… güllələndi. Onun güllələnmə tarixi 1952-ci ilin aprelin 14-ə təsadüf etdi. Mən artıq taleyimə düyün vurmuşdum… Sonradan Siyasi Büroda “kuryer” işləyən (əslində bu adla tam məxfi işləri icra edən D.M.Lomonosov – Beqlov) dostum xatırlatdı ki, generalı Azərbaycan KP MK-də işləyən və həmişə M.C.Bağırovun yanında gəzib-dolaşan Maarif Nağıyev adlı birisi satıb (?).

 Araşdırma materiallarına görə, general İ.B.Pavlovun güllələnməsində bilavasitə iştirak edən Azərbaycan KP MK-nin işçisi sayılan M.Ə.Nağıyevin də taleyi düyünə düşür. Gözlənilmədən ölümcül bir xəstəliyə tutulur… Evindən və işindən qovulur. Nəticədə təhlükəsizlik zabiti olan M.Ə.Nağıyev 1952-ci il, iyunun 14-də, saat 20:35-də vaxtilə onu gəzdirən dövlət maşını tərəfindən vurulur və aldığı zədədən iki saat sonra keçinir (Taleyə baxın…).
Mən burda onunla bağlı fikirlərimi yarımçıq saxlamağı özüm-özümə məsləhət bildim. (Kəşfiyyat generalı İ.B.Pavlovun ölüm anı gözlərim önünə gəldi…)

“Cəlilabadda  Peyğəmbər nəslinə bağlı 17 nəsil var idi…”

Məlumata görə, ötən əsrin 50-ci illərində Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonu ərazisində bilavasitə Peyğəmbər(s.ə.) əshabələri ilə qan qohumluğunu təsdiq edən və yaxud tarixə Peyğəmbər (s.ə.) nəslinə bağlı olan 17 imzalı, möhürlü Şəcərə var idi. Araşdırma materiallarına görə, bu on yeddi nəsilin nümayəndələrinin adları heç vaxt məhkəmələrdə, çəkişmə meydançalarında, içtimai yerlərdə pisliyə çəkilməyib. Hamı bu şəcərə altında olan nəslin nümayəndələrindən ehtiyat edib. Başqa bir məlumatda isə göstərilir ki, 1952-ci il, iyulun 5-də Respublika Ali Məhkəməsinin iclas zalında, Moskvadan gəlmiş üç kəşfiyyat zabitinin (İ.İ.Maslov, M.S.Qriqoryev, Ş.P.Batum) iştirakı ilə qapalı iclas keçirilir. İclasın gündəliyində faktiki olaraq heç bir məsələ qoyulmamışdı. Digər tərəfdən, bu iclasda iştirak edən 25 nəfərin hamısı respublikanın təhlükəsizlik və milis orqanlarında, prokurorluqda çalışan, milliyyətcə rus, gürcü, erməni… olanlar idi. (?) Qapalı yığıncaqda çıxış edən kəşfiyyat leytenantı A.Q.Şamşin qısa çıxışında iddia etdi ki, “Mutasiya layihəsi” istənilən nəticəni verib. Göyçay ərazisindəki Bəyimağac qrupu artıq “Mutasiya” döllərini Kremlin nəzərdə tutduğu yaşayış məntəqələrində yerləşdirib. İclasdan sonra Moskvaya, ölkənin Baş Kəşfiyyat İdarəsinə ünvanladığı “Məxfi arayış”ı göndərən leytenant A.Q.Şamşin yazır:

”…Moskva, 1952-ci il.VII-9. Mutasiya üzrə istintaq qrupunun rəhbəri general-mayor S.P.Mixaylova.
Bu mənim məxfi qaydalara riayət edərək, Sizə ünvanladığım ikinci “Arayış”dır. (Kiçik tərcümə düzəlişləri edilib) Qaydalara uyğun olaraq məlumat verirəm: 1952-ci il, iyulun 5-də Bakıda keçirilən qapalı iclasda iştirak etdim. İclas məhkəmə binasında keçirilirdi. Moskvadan göndərilən üç kəşfiyyat zabiti, İ.İ.Maslov, M.S.Qriqoryev və Ş.P.Batum iştirak edirdi. Mənə təklif olundu ki, “Mutasiya layihəsi” haqqında göniş məlumat verim, xəritədə doğulmuş döllərin məskunlaşma ərazilərini göstərim. Mən isə bütün bu açıqlamalardan imtina etdim. Nəticədə məni iclas zalından çölə qovdular.

““Mutasiya uşaqları”ndan iki əkiz oğlan Cəlilabadda Hacı Qurbanzadə Mir Saleh Seyid Cəfər Ağanın nəslindən olan ailələrə yerləşdirilib…”

 

Əlavə olaraq bildirirəm ki, mən “Mutasiya uşaqları”nın əkiz tayını (oğlanları) Astraxanbazarda yaşayan, 1826-cı ildə İrandan köçüb gələn Hacı Qurbanzadə Mir Saleh Seyid Cəfər Ağanın nəslindən olan ailələrdə yerləşdirdim. Yazıb, əlavə məlumat verirəm ki, kəşfiyyat materiallarına əsasən əsl azərbaycanlıdır və nəsildə qan qarışığı yoxdur. Hacı Qurbanzadə şiə müsəlmanlarının möhkəm bağlandığı İmam Hüseyn (Məhəmməd Peyğəmbər s.ə. nəvəsi) qanındandır. Xüsusi sənədi var. Sənədi (yəni Şəcərəni) din xadimləri arasında sayılıb-seçilən “Qan heyəti” (komissiyası) imzalayıb. Onların sayı on dörd nəfərdi.
Yoldaş general-mayor S.P.Mixaylova əlavə məlumat verirəm ki, İmam Hüseyn qanı genetik baxımdan mərd, döyüşkən, zülmə və ədalətsizliyə boyun əyməyən, cəsarətli, vicdanlı… vətən, ailə, nəsil və millət… Allah, Quran və din sevgisini (o bütün dinlərə hörmət və ehtiramlı olub)… özündə birləşdirən hüceyrələrlə əhatə olunub. Bu genetik kodlar isə hələlik öyrənilməyib. Məlumat verim ki, Cənub zonasında geniş hörmət və ehtiram sahibi olan Hacı Qurbanzadə Mir Saleh Seyid Cəfər Ağa nəslinin təqribən iyirmi beş faizini qız uşaqları təşkil edir.
Əlavə məlumat verəcəm. İmza edirəm…”

 (Davamı var)

Təqdim etdi: Sultan Laçın