Moskva məscidinin imamı həbs olundu

0
612

Moskvanın şimal-şərqində yerləşən “Yardyam” məscidinin imamı Mahmud Vəlitov terrorçuluq fəaliyyətində ittiham olunaraq polis şöbəsinə aparılıb.

Avropa.info bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb. M.Vəlitovun azırda İstintaq Komitəsinin yerli şöbəsində ifadə verdiyi bildirilir.

İmamın sözlərinə görə, istintaq ona qarşı “terror fəaliyyətinə ictimai çağırış, yaxud terror fəaliyyətinin ictimai şəkildə haqlı sayılması” maddəsi ilə iş açmaq istəyir. Bu maddə ilə imamı 2 ildən 5 ilədək həbs gözləyir.

Rusiya hüquq-mühafizə orqanları bu haqda hələlik rəsmi açıqlama vermək istəməyib.

Qeyd edək ki, 2 min nəfərlik “Yardyam” məscidi 1996-97-ci illərdə inşa edilib.

BIR CAVAB BURAXIN