ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər barədə razılığa gəliblər

0
481

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərin  keçirilməsi barədə razılığa gəliblər.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu ilin mart ayının 4-də keçirilməsi nəzərdə tutulan hərbi təlimlər 2 həftə davam edəcək. Hazırda iki ölkənin yüksək səviyyəli hərbçiləri arasında hərbi təlimlərin detalları müzakirə edilir. ABŞ-və Cənubi Koreya arasında keçiriləcək hərbi təlimlərin “19-1” adlandırılması qərara alınıb. Bundan əlavə iki ölkə arasında bu ilin avqust ayında daha bir irimiqyaslı hərbi təlimlərin keçirilməsi nəzərdə tutulub.