Milyarderin və arvadının ölüm səbəbi bəlli oldu

0
584

 Toronto polisi kanadalı milyarder Barri Şermanın və onun həyat yoldaşı Xaninin kəndirlə boğaraq öldürüldüyünü müəyyənləşdirib. 

Arazinfo.com-un APA-ya istinadən verdiyi xəbərə görə,  keçirilmiş məhkəmə-tibbi ekspertiza ölüm səbəbinin boğulma olduğunu üzə çıxarıb.  Qeyd edək ki, dekabrın 16-da  “Apotex” əczaçı şirkətinin sahibi milyarder Barri Şerman və onun həyat yoldaşı Xani Şerman  Torontodakı evlərində ölü tapılıblar.  “Canadian Business” dərgisi bundan əvvəl B.Şermanı Kanadanın ən zəngin sakinlərinin siyahısına daxil edib.

BIR CAVAB BURAXIN