Merkel Almaniya türklərinə çağırış edib

0
564

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel bu ölkədə yaşayan türkləri Almaniya dövlətinə münasibətdə loyal olmağa çağırıb. Bu barədə Merkel çərşənbə axşamı «Ruhr Nachrichten» qəzetində dərc olunmuş müsahibəsində bəyan edib.

«Artıq çoxdan Almaniyada yaşayan türk əsilli vətəndaşlardan ölkəmizə münasibətdə yüksək səviyyəli loyallıq gözləyirik. Bunun xatirinə biz, onları dinləmək və anlamağa cəhd edirik» -deyə, kansler əlavə edib.

Merkel, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarını və əleyhdarlarını zorakılıqdan çəkinməyə çağırıb: «Öz fikrini ifadə etmək və nümayişlər keçirmək azadlığı burada yaşayanların hamısı üçün qüvvədədir. Aydandır ki, hamı öz fikrini dinc yolla ifadə etməyə borcludur…».

BIR CAVAB BURAXIN