Qazaxıstanda arxeoloqlar “qızıl adam” tapdılar

0
1717
Qazaxıstanın arxeoloqu Zeynolla Samaşev Şərqi-Qazaxıstan vilayətində “qızıl adam” sərdabəsi kəşf edib.

Sərdabə Tarbaqatay dağlarındakı Eleke Sazı kurqanında aparılan qazıntılar zamanı üzə çıxıb.

Antropoloqların fikrinə əsasən, sərdabə eramızdan əvvəl VIII-VII əsrlərdə yaşamış 17-18 yaşlı yeniyetməyə məxsusdur.

Onun paltarı qızıl saplarla işlənib. Boynunda isə xüsusi boyunbağı olub. Boyunbağı yeniyetmənin yüksək statusa sahib olduğundan xəbər verir. Skeletin yanında isə qızıl qabda xəncər və ox qabı var.

Tarbaqatay dağlarında arxeoloji qazıntılar iki il əvvəl başlayıb. Bir müddət əvvəl burada atlar üçün nəzərdə tutulmuş qızıl başlıq və zinət əşyaları tapılıb. Arxeoloqların fikrinə görə, tapılan əşyalar sakslar dövrünə aiddir. Bu, sübut edir ki, çöl adamlarının inkişaf etmiş mədəniyyəti olub.

İyun ayında isə Aktobe yaxınlığında inşaatçılar qumun içindən insan kəllə sümüyü və çoxsaylı qızıl əşyalar tapdılar. Ehtimal edilir ki, əşyalar və sümük hun döyüşçüsünə məxsusdur. (ölkə.az)

BIR CAVAB BURAXIN