Meksikadakı fabrikdə baş vermiş partlayışda 7 nəfər həlak olub

0
543

Meksikanın paytaxtı Mexiko yaxınlığındakı Kuautitlan-İskal şəhərində fəaliyyət göstərədn fabrikdə partlayış baş verib. Bu barədə TASS agentliyi xəbər yayıb.

Mülki Müdafiə İdarəsinin yaydığı məlumata görə, hadisə zamanı 7 nəfər həlak olub. Onların arasında yanğınsöndürən də var.

Hadisə zamanı fabrikin bir neçə işçisi yanıq xəsarəti alıb.

Hadisənin başvermə səbəbləri ilə bağlı məlumat verilmir.

BIR CAVAB BURAXIN