MDB Dövlət başçılarının növbəti sammiti Aşqabadda keçiriləcək

0
522

MDB dövlət başçılarının növbəti sammiti 2019-cu il oktyabr ayının 11-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.

Mediainfo.az-ın Tacikistan  mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında MDB İcraiyyə komitəsinin sədri Sergey Lebedev deyib: “Türkmənistanın təklifi ilə MDB dövlət başçılarının növbəti sammitinin gələn ilin oktyabr ayında Aşqabadda keçirilməsi barədə qərar qəbul edilib”.

Onun sözlərinə görə, yaxın 1 il ərzində MDB-yə Türkmənistan sədrlik edəcək, qurumun həmsədrləri isə Özbəkistan və Tacikistan olacaq.

 

 

 

BIR CAVAB BURAXIN