Mal-qaraya görə cərimələr gəlir

0
730

İnəklər

Yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılmasına görə cərimələr gəlir.

Nazirlər Kabinetinin təsdiqlədiyi «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası»na görə, bir baş davara ilkin olaraq 15 manat, heyvan il ərzində iki və ya daha çox ziyan vurduqda sahibi 30 manat cərimələnəcək.

Qayda Nazirlər Kabinetinin saytında açıqlanıb.

Qaydalarda bir baş iribuynuzlu mal-qaraya cərimə buna uyğun olaraq 25, 50 manat, bir baş ata 40, 80 manat, bir baş dəvəyə isə 70, 140 manat müəyyən edilib.

Qaydalar əraziyə görə fərqli tətbiq olunacaq.

Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən yaşıllıq sahələrinin otarılmasına görə cərimələr üç dəfə artırılmaqla hesablanacaq.

Şəhərlərdə yerləşən yaşıllıq sahələrində, avtomobil və dəmiryolun mühafizə zolaqlarında ikiqat cərimələr tətbiq olunacaq.

Üstəlik, yaşıllıq ərazilərinin otarılması nəticəsində ağac və ot bitkiləri (qazon), gül-çiçək sahələri məhv edilməsinə görə əlavə cərimələr nəzərdə tutulur. Həmin cərimələrin həcmi zədələnmiş və ya məhv edilmiş ağacın, kolların ölçüsünə əsasən hesablanacaq. Məsələn, məhv edilmiş qazon örtüklərinin hər kvadratmetrinə görə 25, gül-çiçəyin hər kvadratmetrinə görə isə 40 manat cərimə tətbiq olunacaq.

Azadlıq.org

BIR CAVAB BURAXIN