Macarıstandan Ukraynaya qarşı düşmən addım: Kiyevə NATO vetosu

0
609
 

Macarıstan Ukrayna-NATO sammitinin keçirilməsinə veto qoyub. Virtualaz.org “Russia Today” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Macarıstan XİN rəhbəri Peter Siyarto verib.

“Macarıstan Ukraynanın inteqrasiyaya doğru səylərini dəstəkləyə bilməz, buna görə də, dekabrda keçirilməsi planlaşdırılan sammitə veto qoyub”, – nazir bildirib.

O həmçinin əlavə edib ki, Ukrayna vetodan yan keçməklə sammitdə iştirak edə bilməyəcək, çünki NATO üzvü olan bütün ölkələrin buna razılığı tələb olunur.

Macarıstanın bu addımının səbəbi kimi Ukraynada qəbul edilmiş və iki ölkə arasında gərginliyə gətirib çıxarmış “Təhsil haqqında” qanun göstərilir. Həmin qanuna əsasən, Ukraynada macar dilində (digər xarici dillər kimi) tədris verən məktəblərin fəaliyyəti dayandırılıb.

BIR CAVAB BURAXIN