ATEF -in qarşısına heç kim bu qədər insan toplamamışdı. Ramil Kərimli bütün rayonun dəstəyini qazandı.
Seçkilər uğrunda yarış başa çatmaq üzrədir.
Nəticə çıxarmağın vaxtı gəldi. Çox gərgin bir dövr keçdik. Bu yolda çox sınaq və çətinliklərlə üzləşdim. Bir çox şey öyrəndim və xeyli nəticə çıxardım.
Ətrafımda özəl insanlar yığıldı. Mənə nəinki bilik və bacarıqlarını, həm də qələbəmə inanaraq ürəyini verən insanlardan ibarət vəfalı bir komanda.
Gördüyümüz işin əhəmiyyətini dərk edərək platformanın ətrafında birləşdik. Bunun mahiyyətini bir sözlə belə ifadə etmək olar: hamının səsinin eşidilməsinə imkan yaradan bir vasitə yaratmaq.
Bu dövrdə mənim komandam 24/7 rejimində çalışdı ki, seçki günü seçicilər Milli Məclisdə hansı namizədi görmək istədiklərinə qərar verə bilsinlər.
Yarışlar qısa olsa da, hər mərhələdə sizi daha yaxından tanımaq və Ramil Kərimlinin kim olduğunu göstərmək üçün bir çox əlamətdar tədbirlər keçirə bildik.
Digər namizədlər də dəstək və yardım göstərərək, namizədliklərini geri götürərək enerjimizi və ümumi qələbəmiz naminə səy göstərərək platformamıza qatıldılar.
Bu gün mən seçki kampaniysının son gününü seçicilərlə görüşməklə keçirirəm. Səhnədə yanımda dayanan insanlar bütün seçki kampaniyası boyunca mənimlə çiyin-çiyinə çalışıblar. Bu insanlar mənim platformama inanan və onu gələcəkdə həyata keçirə bilən şəxslərdir.
Mənə kömək edən hər kəsə, məni dəstəkləyən və inanan hər kəsə təşəkkür edirəm. Məqsədim həmvətənlərimin, ölkələri ilə fəxr edən Azərbaycanlıların xoşbəxt və firavan yaşayacaqları bir Azərbaycan qurmaqdır.
Arazinfo.com