15 yaşlı qıza elçi gedən Zaur danışdı: hansı kadrlar kəsilib? – Video

0
848

Xəzər TV-də yayımlanan “5-də 5” verilişinin “Elçilik” rubrikasının sonuncu buraxılışı etirazlara səbəb olub. Verilişin aparıcısı Zaur Kamal bir neçə məşhurla birlikdə Ağdam rayonunun Quzanlı kəndinə elçiliyə gedib. Məlum olub ki, elçiliyə getdikləri qızın 15 yaşı var. Sözügedən kadrların efirdə yayımlanmasından sonra bir çox jurnalist tənqidi fikirlər yazıb. Onlar 15 yaşlı qıza elçi getməyin və bunun efirdə yayımlanmasının doğru olmadığını bildiriblər.

Kult.az sözügedən məsələ ilə bağlı Zaur Kamalla əlaqə saxlayıb. Z.Kamal bildirib ki, o qızın deyildiyi kimi, 15 deyil, 17 yaşı var.

Azərbaycanda nikaha girmə yaşının 18 olduğunu xatırlatdıqda isə aparıcı qeyd edib ki, ətraflı danışmaq hüququ yoxdur:

“Çox təəssüf ki, sualınıza cavab verə bilməyəcəyəm. Müsahibə vermək ixtiyarım yoxdur”.

Kult.az-ın əldə etdiyi məlumatda isə bildirilir ki, “5-də 5” heyətinə müraciət edən oğlan qızla bir-birilərini sevdiklərini, ailələr arasında heç bir problem yaşanmadığını deyib. Çəkiliş qrupu yalnız elçilik zamanı öyrənib ki, oğlan bundan öncə evli olub, iki övladı var, ailə qurmaq istədiyi qız isə yetkinlik yaşına çatmayıb.

Hadisəni öyrəndikdən sonra məşhurlardan bəziləri elçilikdən imtina edib, Zaur Kamal isə televiziyaya müraciət edən şəxsə kəskin etirazını bildirib.

Maraqlıdır ki, efirə gedən kadrlarda bunlar əksini tapmayıb.

BIR CAVAB BURAXIN