Londonda hücum, ölən və yaralananlar var

0
442

Londonda hücum

Londonda hücum

Londonda martın 22-də polisin “terror aktı” adlandırdığı hadisə əsnasında iki nəfər həlak olub, bir polis bıçaqlanıb və hücum edən şəxs güllə ilə vurulub. Hadisə zamanı başqa yaralananlar da var. Onlardan bəzilərinin ağır xəsarət aldıqları xəbər verilir.

Hadisə Londonun mərkəzində, parlament binasının və Vestminister körpüsünün yaxınlığında baş verib.

Reuters-in müxbirləri körpünün üstündə onadək yaralı gördüklərini xəbər verirlər.

Yaralı və xəsarət alanların dəqiq sayı bu saata bəlli deyil. Onlardan bəzilərinin ağır xəsarət aldığı, bir nəfərin isə avtobusun altında qaldığı xəbər verilir.

Bundan əvvəl xəbər verilmişdi ki, bir avtomobil körpünün üstündə gəzən onlarla piyadaya çırpılıb və daha sonra eyni avtomobil Vestministerin darvazalarına çırpılıb.

Silahlı polis hadisə yerini mühasirəyə alıb.

Hadisə zamanı Britaniya parlamentinin alt palatasında iclas gedirdi. Parlamentin sessiyası dayandırılıb və millət vəkillərindən binada qalmaları xahiş olunub.

Baş nazir Theresa May-in təhlükəsizlikdə olduğu bildirilir. Bəzi məlumatlara görə xanım May dərhal parlament binasından evakuasiya edilib.

Təcili tib yardımı helikopteri parlamentin qarşısındakı meydançaya enib.

BBC xəbər verir ki, parlament binasının yaxınlığında şübhəli maşın olub, lakin polis bu xəbəri hələlik təsdiq etməyib.

Müxbirlər deyirlər ki, hadisənin eyni vaxtda bir neçə yerdə baş verdiyini düşünmək olar.

Vestminister körpüsü turistlərin ən çox toplaşdığı yerlərdən biridir. Turistlər buradan parlament binalarının və Big Benin şəkillərini çəkirlər.

Bu da qeyd olunur ki, insident Belçikada Brüssel hücumunun birinci ildönümü gününə təsadüf edib.

Britaniya hazırda ən yüksək təhlükə həyəcanı vəziyyətindədir.

2013-cü ildə iki britaniyalı islamçı cənub-şərqi Londondakı küçələrdən birində əsgər Lee Rigby-ni bıçaqlayaraq öldürmüşdülər.

2005-ci ilin iyulunda 4 Britaniya doğumlu islamçı intihar partlayışları törətmiş və London metrosu və avtobuslarında 52 sərnişinin həyatına son qoymuşdular.

Sənin fikrin

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fifteen + 2 =