ABŞ Xorvatiyaya F-16 satılmasına mane olub

0
639

İsrailin Xorvatiyaya satmaq istədiyi 12 ədəd F-16 S/D Barak qırıcı təyyarəsi ilə bağlı yaranan problemlər iki ölkə arasında gərginliyin artmasına səbəb olub.

Arazinfo.com-un İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb Xorvatiyaya satılması nəzərdə tutulan 500 milyon dollar  dəyərində F-16 qırıcı təyyarələri barədə ABŞ-ın tərəddüd etməsidir. Ona görə də Xorvatiya yanvarın 4-nə kimi İsrailə vaxt verib. Öz növbəsində İsrail baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdə Xorvatiyaya F-16-ların satılması barədə razılıq demək olar əldə edilib.