“Liverpul” qələbəni əldən verdi, “Real” darmadağınla növbəti mərhələdə

0
578

 

Çempionlar Liqasında V tura start verilib. Arazinfo.com-unApasport.az-a istinadən məlumatına görə, Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün növbəti addımını atıblar.

Bu görüşlər 1/8 finala yüksələcək komandaların sayının artması ilə nəticələnib. Artıq ilk iki yerdən birini təmin edən PSJ, “Bavariya”, “Mançester Siti” və “Tottenhem”ə qoşulmaq şansına 12 komanda malikdi.

E qrupunda növbəti mərəhləyə vəsiqənin sahibləri son turda bəlli olacaq. Buna səbəb hər iki oyunda heç-heçə qeydə alınmasıdır.

F qrupunda “Şaxtyor” 1/8 finala yüksəlmək şansını əldən verib. Ukrayna təmsilçisi “Napoli”yə 0:3 hesabı ilə məğlub olub və şansı son tura saxlayıb. Bunun üçün son turda doğma meydanda “Mançester Siti”yə uduzmamaq lazımdı.

G qrupunda “Beşiktaş” “Porto” uduzmayaraq 1-ci yerlə 1/8 finala yüksəlib. Digər vəsiqənin sahibinə isə son turda aydınlıq gələcək.

“Real” H qrupundan 1/8 finala yüksələn 2-ci komanda olub. “Kral klubu”na bunun üçün APOEL səfərindən qələbə ilə dönmək bəs edib.

 

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

21 noyabr

 

E qrupu

“Spartak” (Rusiya) – “Maribor” (Sloveniya) – 1:1

Qollar: Ze Luis, 82 – Mesanoviç, 90+2

 

“Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə) – 3:3

Qollar: Ben Yedder, 51, 60 (pen.), Pizarro, 90+2 – Firimino, 2, 30, Mane, 22

 

1. Liverpul 5 2 3 0 16:6 9
2. Sevilya 5 2 2 1 11:11 8
3. Spartak 5 1 3 1 9:6 6
4. Maribor 5 0 2 3 2:15 2

 

F qrupu

“Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Hollandiya) – 1:0

Qol: Sterlinq, 88

 

“Napoli” (İtaliya) – “Şaxtyor” (Ukrayna) – 3:0

Qollar: İnsinye, 56, Zielinski, 81, Mertens, 83

 

1. Mançester Siti 5 5 0 0 13:3 15
2. Şaxtyor 5 3 0 2 7:8 9
3. Napoli 5 2 0 3 10:9 6
4. Feyenord 5 0 0 5 3:13 0

 

G qrupu

“Beşiktaş” (Türkiyə) – “Porto” (Portuqaliya) – 1:1

Qollar: Talişka, 41 – Felipe, 29

 

“Monako” (Fransa) – “Leypsiq” (Almaniya) – 1:4

Qollar: Falkao, 43 – Cemerson, 6, Verner, 9, 31, Keyta, 45+1

 

1. Beşiktaş 5 3 2 0 9:4 11
2. Porto 5 2 1 2 10:8 7
3. Leypziq 5 2 1 2 9:9 7
4. Monako 5 0 2 3 4:11 2

 

H qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) – 1:2

Qollar: Obameyanq, 31 – Keyn, 49, Son, 76

 

APOEL (Kipr) – “Real” (İspaniya) – 0:6

Qollar: Modriç, 23, Benzema, 39, 45+1, Naço, 41, Ronaldo, 49, 54

 

1. Tottenhem 5 4 1 0 12:4 13
2. Real Madrid 5 3 1 1 14:5 10
3. Borussiya D. 5 0 2 3 5:10 2
4. APOEL 5 0 2 3 2:14 2

 

BIR CAVAB BURAXIN