Rusiya və Türkiyə arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək

0
598
 

Rusiyanın “Rosatom” dövlət korporasiyası yaxın vaxtlarda Türkiyədə “Akkuyu” atom elektrik stansiyası (AES) layihəsinin həyata keçirilməsinə başlamalıdır.

Bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 4 saat davam edən danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Bu gün biz energetika sahəsində birgə layihələri müzakirə etdik. Bu, “Türk axını”, Türkiyədə “Akkuyu” atom stansiyasının tikintisi məsələlərinə aiddir. “Rosatom” yaxın vaxtlarda layihənin reallaşdırılmasına başlamalıdır. Bizim planımıza görə AES-in birinci bloku 2023-cü ilə qədər istifadəyə verilməlidir”, – deyə Rusiya prezidenti bildirib.

Ərdoğan Türkiyə və Rusiya arasında münasibətlərin bu qədər yüksək səviyyəyə qalxmasından məmnun olduğunu bildirib.

“Əlbəttə ki, bu səviyyə bizi qane edə bilməz. Biz o fikirdəyik ki, ölkələr və xalqlar bütün istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirməli və daha sıx əməkdaşlıq etməlidirlər”, – deyə o əlavə edib.

Prezidentin sözlərinə görə, tərəflər müdafiə sənayesi sahəsində birgə addımlara xüsusi əhəmiyyət verir.

Ərdoğan həmçinin Türkiyə və Rusiya arasında iqtisadi sahədə mövcud olan əlaqələrə diqqət çəkib:

“İkitərəfli əmtəə dövriyyəsinin 100 milyard dollara çatdırılmasına nail olmaq üçün ilk növbədə viza məsələsi də daxil olmaqla sahibkarların yolunda olan bütün əngəlləri aradan qaldırmaq lazımdır. Bununla əlaqədar iki ölkə arasında vizasız rejimə qayıtmaq lazımdır”.

BIR CAVAB BURAXIN