Litva Gürcüstanın NATO-ya üzv olmasına dəstək verəcək

0
625

Gürcüstanda səfərdə olan Litvanın baş naziri Saulyus Skvernyalis NATO və Aİ-nin üzvü olma məsələlərində Tiflisin səylərini dəstəkləməyə söz verib.
Arazinfo.com-un Reqnum-a istinadən verdiyi məlumata görə, bu barədə Litva hökumətinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Litva baş nazirinin sözlərinə görə, Aİ ilə assosiativ sazişin uğurla həyata keçirilməsi Aİ-yə tam üzvlüyə aparan doğru yoldur.
Skvernyalis Gürcüstanı NATO-nun ən fəal və etibarlı tərəfdaşlarından biri adlandırıb:
“Biz NATO tədbirlərində fəal iştirakına görə Gürcüstana çox minnətdarıq. Dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında fəal iştirakı Gürcüstanın NATO-ya üzv olmasında önəmli rol oynayacaq”
Baş nazir onu da bildirib ki, Litva Abxaziya və Cənubi Osetiyada Rusiyanın həyata keçirdiyi tədrici anneksiya siyasətini pisləyir.

BIR CAVAB BURAXIN