Lev Qumilyov – türk dünyası haqqında həqiqətləri dünyaya çatdıran alim (3)

0
975
Həbsdə olduğu müddətdə də Qumilyov qədim türklərin həyatını öyrənməkdə davam edirdi. O, hunlar haqqında əsl həqiqətləri ortaya qoyan ilk tarixçi oldu. Halbuki qədim Çin mənbələrinə istinad edən rus və Avropa tarixçilərinin hamısı hunları vəhşi və barbar kimi qələmə verirdi.
 Heç bir Qərb və rus tarixçisi hunların vəhşi adlandırılmasının səbəblərini çinlilərin bu qədim xalqla düşmənçiliyi ilə izah etmirdi. Çünki onların da qanlarında türk düşmənçiliyi, türkə nifrət vardı. Qumilyov isə hunlara və digər türk xalqlarına olan bu mənfi münasibəti və ayrı-seçkilik anlamına gələn stereotipi qıraraq, ona yeni təfəkkür tərzindən yanaşdı.Qumilyov müharibəni Berlin ətrafında başa vurdu. Artıq üstündən xalq düşməninin oğlu damğası götürülmüşdü. 1945-ci ilin yayında Lev Qumilyovu ordudan tərxis etdilər. O yenidən Leninqrada qayıdaraq universitetə bərpa edildi. Əzablı illər

1946-cı ildə Lev ekstern yolu ilə imtahan verərək, Leninqrad Dövlət Universitetini başa vurdu və ali təhsil haqqında diplom aldı. Qumilyov yenidən təhsilini davam etdirmək istəyirdi. Bu məqsədlə də o, 1946-cı ildə SSRİ Elmlər Akademiyasının Leninqrad Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil oldu. Aspiranturada oxuduğu illərdə o, tanınmış tədqiqatçı arxeoloq alim M. İ. Artamanovun rəhbərliyi altında Podoliyadakı arxeoloji qazıntılarda iştirak etdi. Belə görünürdü ki, hər şey onun üçün uğurla gedir. Amma gözlənilmədən tale yenidən ondan üz döndərdi. Buna səbəb isə “Zvezda” və “Leninqrad” jurnalları ilə bağlı Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qəbul etdiyi qətnamə oldu. Qətnamədə bir çox tanınmış adamlar, o cümlədən Lev Qumilyovun anası Anna Axmatova burjuaziyaya rəğbət göstərməkdə və sovet ideologiyasına arxa çevirməkdə günahlandırılmışdı. Anasının üzərinə atılan böhtanların ilk zərbəsi isə Qumilyova dəydi. Onu yenidən etibarsız adamın oğlu kimi aspiranturadan xaric etdilər. Guya Qumilyovun seçdiyi ixtisas üzrə elmi səviyyəsi və bacarığı az idi. Bundan sonra haraya gedirdisə, onu işə götürmürdülər. Qumilyov çox çətinliklə Leninqrad Psixoterapevtika Xəstəxanasında kitabxanaçı kimi işə düzəldi. O, ruhdan düşməyərək dissertasiyası üzərində sərbəst şəkildə işini davam etdirdi. Burada bir il işlədikdən sonra xəstəxanadan müsbət xasiyyətnamə alaraq, dissertasiyasını müdafiə etmək üçün müvafiq qurumların razılığını aldı. 1946-ci ilin payızında yenidən tanınmış arxeoloq alim S. İ. Rudenkonun rəhbərliyi altında Altaydakı məşhur türk kurqanı Pazırıkda aparılan arxeoloji qazıntılarda iştirak etdi. 1948-ci ilin  dekabr ayının 28-də dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi adını aldı. Bundan sonra o, Leninqraddakı SSRİ Xalqlarının Etnoqrafiya Muzeyində elmi əməkdaş kimi işə düzəldi. Lakin yenə də tale ondan üz döndərməkdə davam edirdi. Talenin Qumilyovdan üz döndərməsinə səbəb isə onun türk xalqlarının tarixini daha dərindən araşdırması və bununla bağlı rejimə xidmət edən qondarma sovet tarixçilərinin bir çoxu ilə fikirlərinin üst-üstə düşməməsi idi.

Stalin və ətrafındakıların türk düşmənçiliyi üzərində köklənməsini yaxşı bilməsinə baxmayaraq, o, türk xalqlarının həqiqi tarixini əks etdirən məqalələr yazmaqda və bu sahədə apardığı tədqiqatlarını daha da genişləndirməkdə idi. Sovet rejimi isə bunu ona bağışlamaq niyyətində deyildi. 1949-cu ildə Qumilyovu yenidən saxta ittihamlarla həbs etdilər. Məhkəmə ona bu dəfə 10 il iş kəsdi. Onu cəzasını çəkmək üçün, əvvəlcə, Qazaxıstanın Karaqanda şəhəri ətrafında yerləşən Çurbay-Nora xüsusi təyinatlı düşərgəyə, sonra isə daha uzaqlara – Omska, oradan da Sayan həbs düşərgəsinə yolladılar.

Həbsdə olduğu müddətdə də Qumilyov qədim türklərin həyatını öyrənməkdə davam edirdi. O, hunlar haqqında əsl həqiqətləri ortaya qoyan ilk tarixçi oldu. Halbuki qədim Çin mənbələrinə istinad edən rus və Avropa tarixçilərinin hamısı hunları vəhşi və barbar kimi qələmə verirdi. Heç bir Qərb və rus tarixçisi hunların vəhşi adlandırılmasının səbəblərini çinlilərin bu qədim xalqla düşmənçiliyi ilə izah etmirdi. Çünki onların da qanlarında türk düşmənçiliyi, türkə nifrət vardı. Qumilyov isə hunlara və digər türk xalqlarına olan bu mənfi münasibəti və ayrı-seçkilik anlamına gələn stereotipi qıraraq, ona yeni təfəkkür tərzindən yanaşdı. O, cəsarətlə bildirdi ki, Çin mənbələrində türklər barədə yazılan sözlər düşmənə nifrətdən əmələ gəlib və ona görə də onlara inanmaq olmaz. Ona görə də məşhur tarixçi hunları barbar kimi qələmə verən tarixçilərə müraciətlə yazırdı:  “Qədim mənbənin yanlış olduğunu bilə-bilə, nəyə görə onu öyrənməli və ondan nəticələr çıxarmalıyıq?”

Beləliklə, həbsdə olduğu müddətdə iki qədim sivilizasiya – hun və qədim türk sivilizasiyaları ilə bağlı fundamental əsərini yazıb başa çatdırdı. Bununla da Qumilyov elmə ikinci dəfə daha təcrübəli, özünü elmdə sübut etmiş alim kimi qayıtmış oldu.

Anasını bağışlaya bilmirdi…

Mətləbdən uzaqlaşmadan qeyd edək ki, Stalinin ölümündən üç il sonra – 1956-cı ildə ona bəraət verdilər və günahsız olduğu üçün həbsdən azad etdilər. Burada bir məqama da diqqəti cəlb etmək istəyirik. SSRİ dönəmində Stalinin belə bir məşhur tezisi dillər əzbəri idi: Oğul ataya görə məsuliyyət daşımır. Ancaq Qumilyova münasibətdə bu tezis işləmədi. Onu əvvəlcə atasına, sonra isə anasına görə 14 il həbsdə saxladılar. Oğlunun uzun müddət heç bir əsas olmadan həbsdə yatması Anna Axmatovaya ağır təsir etmişdi. O, bununla bağlı yazğı şeirlərindən birində keçirdiyi psixoloji-mənəvi sarsıntısını belə təsvir etmişdi:

Muj v moqile, Sın v tyurme, Pomolites obo mne.

(Ərim qəbirdə ,Oğlum həbsdə, Mənə görə dua edin).

Amma ana ilə oğul arasında dərin bir uçurum vardı. Lev Qumilyov hələ uşaq yaşlarından anasından incimişdi. Anasının bir neçə dəfə ərə getməsi və oğluna xüsusi diqqət ayıra bilməməsi nəticəsində Lev özünü atılımış bir uşaq kimi hiss edirdi. Ona görə də həbsdə olarkən anasının yazdığı məktublara cavab vermirdi. Bir neçə dəfə onları barışdırmaq istəmişdilər. Ancaq Lev Qumilyov anası ilə barışmaqdan imtina etmişdi. Bütün bunlara baxmayaraq, 1966-cı ildə anası vəfat edəndə Qumilyov bundan sarsıldı və uzun müddət özünə qapılaraq heç kimlə əlaqə saxlamadı. Əgər həmin dövrdə tale təsadüfən onun qarşısına rəssam bir qadını çıxarmasaydı, o mənəvi cəhətdən məhvə sürüklənəcəkdi.

Bu rəssam qadınla Lev Qumilyovun nəinki fiziki, hətta mənəvi tənhalığı da aradan qalxır, onlar evlənirlər.

Əzız Mustafa

 

 

 

BIR CAVAB BURAXIN