Qatil Maşaripovun oğluna qara vəsiyyəti

0
587


 

Reina terrorçusu Əbdülqədir Maşaripov oğluna böyüyəndə kamikadze olmağı tapşırıb.

Axar.az “Daykin” nəşrinə istinadən xəbər verir ki, terrorçunun ələ keçirilən meyl adresində olan materiallar arasında oğullarına həsr etdiyi videomesaj tapılıb.

O, videoda oğullarına analarını incitməməyi tapşırır və övladlarından birinə böyüyəndə kamikadze olmasını istədiyini deyir.

Video terrorçunun xanımı Zərinə Nurullayeva tərəfindən lentə alınıb.

Xatırladaq ki, Yeni il gecəsi 39 nəfərin həlak olduğu “Reina” qətliamını törədən “Əbu Məhəmməd Əl Xorasani” kod adlı terrorçu – Əbdülqədir Maşaripov yanvarın 16-da İstanbulda yaxalanıb.

 

BIR CAVAB BURAXIN