Bu barədə məqalə “Front Line Desk” jurnalında dərc edilib. Kəşf edilən qurşaq yüksək enerjili elektron və protonlarla doludur.
Yerin maqniq qurşağı tərəfindən yerində saxlanılan Van Allen radiasiya qurşağı Günəşə cavab olaraq genişlənir və daralır. Bu radiasiya qurşaqları ilk dəfə 1958-ci ildə kəşf edilsələr də, alimlər cəmi iki qurşaq müşahidə ediliblər. Bu qurşaqlar Yerdən 42.500 km hündürlükdə yerləşir.
Ötən il Kolorado universitetinin alimi, professor Deniel Beyker və onun komandası 2012-ci ildə kosmosa göndərilən ikiqat zondun köməyi ilə üçüncü qurşağı kəşf edib. Tədqiqatın nəticələrinə əsasən, üçüncü qurşaq əvvəlcədən məlum olan daxili və xarici qurşaqların arasında yerləşir. Bu qurşağın fərqi odur ki, kosmik havadan asılı olaraq yaranır və yoxa çıxır.
Bu qurşağın təyinatı açıq-aydın məlumdur: qurşaq “qatil” elektronların qarşısını alır və onlara Yerin atmosferinə keçməyə imkan vermir. Yüksək sürətlə hərəkət edən bu elektronlar kifayət qədər dağıdıcı ola bilərlər. Onlar kosmonavtlar və orbital peyklər üçün təhlükə kəsb edirlər. Onlar hətta kosmik sistemi sıradan çıxara bilərlər.
Yerin maqnit sahəsi bu qurşaqları yerində saxlayır. Amma işıq sürəti ilə hərəkət edən elektronlar gözəgörünməz qüvvə tərəfindən məhv edilir.
Gözəgörünməz qalxan kəşf edilənə qədər, alimlər düşünürdülər ki, elektronlar atmosferin yuxarı təbəqələrində hava tərəfindən məhv edilir. Amma görünən odur ki, elektronlar gözəgörünməz qalxan sayəsində heç atmosferin yuxarı təbəqələrinə də keçə bilmirlər.
Hazırda alimlər qalxanın necə yaranması və işləməsini araşdırırlar.Olke.az