Keçmiş SSRİ respublikalarının sakinləri üçün Rusiya vətəndaşlığı sadələşdirilir

0
581
 11

Prezident Vladimir Putin hökumətdən, xüsusilə keçmiş SSRİ respublikaları vətəndaşlarının Rusiya vətəndaşlığı alması prosedurunu sadələşdirmək üçün tədbir görməyi xahiş edib. Bu barədə “İnterfaks” məlumat yayıb.

“Mən dəfələrlə hökumətin diqqətini, xüsusilə keçmiş Sovet İttifaqı respublikalarının müəyyən kateqoriyalı vətəndaşlarının Rusiya vətəndaşlığı alması ilə bağlı məsələlərdə bürokratiyanın maksimum dərəcədə aradan qaldırılmalı olduğuna yönəltmişəm”, – agentlik Putinin sözlərini sitat gətirib.

Prezident qeyd edib ki, “buna nail olmaq, o qədər də asan iş deyil, burada təhlükəsizliyin təmin edilməsi ilə bağlı xeyli məsələ var”. O, həmçinin əlavə edib ki, mümkün sadələşdirmə müəyyən kateqoriyalı şəxslərə, məsələn yaradıcılıqla məşğul olan peşə sahiblərinə şamil edilməlidir.

BIR CAVAB BURAXIN