“Kontur göndər, tanış olaq”

0
741

11

“Mənə kontur al sonra tanış olaq”. Bu cür məzmunlu saxta profillər hər gün sosial şəbəkələrdə onların toruna düşəcək şəxsləri gözləyir.

Prosedur isə çox sadədir. Saxta profillərə nəzər salan adamlara dərhal mesaj göndərilir və kontur yükləyəcəyi təqdirdə onunla görüşəcəyini deyir. Konturun şifrəsini əldə etdikdən sonra isə həmin adamı blok edərək növbəti qurban axtarışına çıxır.

Mütəxəssislər bildirir ki, belə halla rastlaşan vətəndaşlar dərhal polisə məlumat verməlidirlər. Belə şəxsləri Azərbaycan qanunvericiliyinə görə ciddi cəzalar gözləyir. Əgər bu yolla vətəndaşlara 100 manata qədər zərər vurularsa bu kiçik talama hesab edilir.

Əgər saxta profillərin sahibləri bu işlə mütəmadi olaraq məşğul olsalar artıq törətdikləri əməl dələduzluq cinayəti sayılır.

BIR CAVAB BURAXIN