Kiyevdə nümayişə 5 dollar dalınca gələnlər var

0
567

11

Ukraynanın paytaxtı Kiyevdə yüzlərlə nümayişçi hökumət binaları önündə mövcud iqtisadi duruma və çörək, təbii qaz kimi zəruri mallara qiymətlərin artmasına etiraz edir.

Zirehli polis maşınları Kiyevdə hökumət binalarına gedən yolları bağlayıb. Polislər keşikçi itlərlə birlikdə prezident administrasiyası, Milli Bank, parlament binalarının önündə dayanıb.

Nümayişçilər isə pensiyaların artırılmasını, işığa, qaza qiymətlərin azaldılmasını tələb edir.

İflasa uğrayan banklarda pulları batanlar isə Milli Bank sədrinin istefasını tələb edir.

Pulları batanlar

Pulları batanlar

Hökumət nümayişlərdə Kremlin əli olduğunu bildirir. Ukrayna hökumətinin fikrincə, nümayişləri Rusiya idarə edir ki, Ukraynada sabitliyi pozsun.

Nümayişin təşkilatçıları arasında Müxalifət Blokunun liderləri də var. Bu bloku Maydan hərəkatı ilə devrilən Viktor Yanukovichin partiyasından olanlar və keçmiş baş nazir Yulia Timoşenkonun Batkivşina partiyası yaradıb.

Timoşenko deyir:“ Maydan hərəkatından keçən bu 3 ildən sonra deyə bilərik ki, Ukraynanın klan sistemi yenidən canlanıb. Təəsüf ki, bizim yenə də prezidentimiz ən yüksək səviyyədə oliqarxdır”

Azadlıq Radiosunun Ukrayna xidmətinin müxbiri nümayişçilərlə də danışıb. Onlardan bəziləri deyib ki, nümayişə hökumətin siyasətindən narazı olduqları üçün gəliblər, bəziləri isə bildirib ki, siyasətdən uzaqdırlar, bir az pul qazanmağa gəliblər.

5 DOLLAR

60 yaşlı qadın adının çəkilməməsi şərtilə deyib ki, o, iki rəfiqəsi ilə birlikdə internetdə elanla gəlib. Həmin elanda nümayişdə 5 saat iştiraka görə 5 dollar təklif olunurdu.

Ukraynaın SBU təhlükəsizlik Xidmətinin rəhbəri Oleksandr Tkaçuk isə təhlükəsizlik tədbirlərinin belə gücləndirilməsini hökumətin ehtiyat etməsi ilə izah edib. Hökumət narahatdır ki, bu nümayiş Kremlin dəstəyi ilə hökuməti laxlatmaq planının başlangıcı ola bilər.

Tkaçuk Azadlıq Radiosuna deyir: “Biz bundan əvvəl də bildirirdik ki,Rusiyanın Ukraynaın daxili siyastinə qarışmaq, fikir ayrılıqlarını kütləvi iğtişaşlara qədər qızışdırmaq planı haqda məlumatımız var”

Tkaşuk əlavə edir ki, “ancaq bu o demək deyil ki,bu günki nümayişləri bütünlüklə Rusiya təşkil edib”.

BIR CAVAB BURAXIN