Ukrayna yeni “Su-125”-i sınaqdan çıxarıb

0
400

Ukrayna “S-300-lər”in və “Polinezlər”in alternativi hesab edilən “Su-125” Peçora zenit-raket komplekslərinin təkmiləşdirilmış variantını uğurla sınaqdan çıxarıb.

Arazinfo.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Odessa vilayətində aparılan sınaqlar uğurla başa çatıb. Məsələ ilə bağlı mətbuata açıqlama verən Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov “Su-125″ zenit-raket komplekslərininn uğurla sınaqdan çıxarılmasının Ukraynanın Azov və Qara dəniz sahillərinin  etibarlı şəkildə müdafiə edilməsinə imkan verəcəyini deyib: ” Su-125 zenit-raket kompleksi 280 kilometr məsafədə hədəfi məhv edə bilir. Bu zenit-raket komplekslərinin uğurla sınaqdan çıxarılması bəiə onun istehsalını qayadaya salmağa və ordumuzun döyüş gücünü daha da möhkəmlətməyə imkan verəcək”.