Kerç körpüsünün maliyyələşdirilməsi dayandırılıb – Pul yoxdur

0
344

Kerç şəhərini Krım yarımadası ilə birləşdirəcək körpünün tikintisinin maliyyələşdirilməsi müvəqqəti olaraq dayandırılıb. «Forbes» nəşrinin yazdığına görə, körpünün tikintisi ilə məşğul olan podratçı firmaya pul sonuncu dəfə ötən ilin dekabrında köçürülüb.

Arkadi Rotenberqin «Stroyqazmontaj» şirkəti Kerç körpüsü üçün pul ödəməyi hökumətdən xahiş edir. Cari ildə dövlət, tikintinin aparılması qarşılığında şirkətə 65 milyard rubl ödəməlidir. Bu barədə «Stroyqazmontaj» şirkətinin baş direktoru Andrey Kirilenkonun nəqliyyat nazirinin birinci müavini Yevgeni Ditrixə və «Rosavtodor»un başçısı Roman Starovoyta ünvanladığı məktubda söhbət açılır. Necə olubsa, məktubun surəti «Forbes»ın sərəncamına keçib.

Məktubda deyilir ki, tikinti işlərininin maliyyələşdirilməsinin gecikməsi səbəbindən dolayı, körpünü planlaşdırılmış ahənglə tikmək mümkün olmayacaq. Xüsusi olaraq qeyd edilir ki, bahalı avadanlıqların alınması üçün pul çatmır, şirkətin özünün imkanları isə tamamilə tükənib.

Nəqliyyat nazirliyindən və «Rosavtodor»dan bildiriblər ki, vəziyyət nəzarət altındadır və tikintinin maliyyələşdirilməsi məsələsində problemin yaranması istisna təşkil edir.

Məlumat üçün bildirək ki, Kerç körpüsünün istismara verilməsi 3 ildən sonraya planlaşdırılıb. Tikinti dövlət büdcəsinə təxminən, 230 milyard rubla başa gələcək.

Prezident Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kerç körpüsünün tikintisi Kremlin nəzarəti altındadır.

Bu arada Rusiya KİV-i belə bir məlumat yaydılar ki, prezident Vladimir Putin ölkədə 10 xüsusi iqtisadi zonanın fəaliyyətinin dayandırılması və tikilməkdə olanların isə tikintisinin dayandırılması barədə göstəriş verib. Bu göstərişin, məhz Kerç körpüsünün maliyyələşdirilməsində yaranmış gecikmə ilə əlaqəli olması istisna deyil. Amma bir neçə saat bundan əvvəl prezidentin mətbuat katibi Peskov ölkədə xüsusi iqtisadi zonaların fəaliyyətinin dayandırılması məsələsinə belə aydılıq gətirib: «Çox bahalıdır, faydası azdır və faydalı iş əmsalı aşağıdır…».

Bütün bunlardan sonra, ölkənin baş naziri Dmitri Medvedyein Krım təqaüdçülərinə söylədiyi «Pul yoxdur, amma siz, burada möhkəm dayanın» fikrinin özünü döğrultduğuna şübhə yeri qalmır.

 AzPolitika.info

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 + 13 =